Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhəri ərazisində su sayğacları oğurluqlarının qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbirləri həyata keçirilib

05.06.2018

Vətəndaşların narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 9-cu mikrorayon ərazisində ümumilikdə 6 evin su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək “isti izlər”lə saxlanılıb. Araşdırmalarla onun şəhər sakini Azər Musayev olduğu məlum olub.

O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 30 sutka müddətinə həbs olunub.

05.06.2018 tarixinə olan kriminal məlumatlar