Metal qəbulu məntəqəsindən ümumilikdə 277 ədəd rels altlığı polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb
05.06.2018İyunun 5-də isə Lənkəran Xətt Polis Məntəqəsinin əməkdaşları rayon dəmir yolu stansiyasının ərazisindəki metal qəbulu məntəqəsində qalaqlanmış rels altlıqları aşkar ediblər. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı həmin rels altlıqlarını məntəqəyə rayon sakini Atakişi Həsənzadənin satdığı müəyyən edilib. Metal qəbulu məntəqəsindən ümumilikdə 277 ədəd rels altlığı polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.