Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhər sakini F.Rüstəmzadəyə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

04.06.2018

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edən şəhər sakini F.Rüstəmzadə iyunun 4-də 14-cü məhəllə ərazisində mobil telefonunun açıq talama yolu ilə alındığını bildirib.

Əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları qısa zamanda soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Bakı şəhər sakini olan, əvvəllər məhkum olunmuş Camal Mikayılov törətdiyi əməli etiraf edib.

Faktla bağlı araşdırma aparılır.