Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri olan iki qardaş - Füzuli və Nizami Mustafayevlər saxlanılıb
01.06.2018Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinənlər polis əməkdaşları tərəfindən yaxalanıblar.
Belə ki, iyunun 1-nə keçən gecə Binəqədi rayonunun M.Cəlal küçəsində Bakı şəhər sakini N.Məmmədova məxsus “Lada Priora” markalı avtomobildən maqnitofonunun oğurlanması barədə 7-ci Polis Bölməsinə müraciət daxil olub. Dərhal başlanan əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların paytaxt sakinləri olan iki qardaş - əvvəllər məhkum olunmuş Füzuli Mustafayev və Nizami olduqları müəyyən edilib.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə mayın 30-da Gəncə şəhər sakini R.Yusifova məxsus “VAZ-2106” markalı avtomobildən 200 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla şəhər sakini olan, əvvəllər məhkum olunmuş Atəş Paşayevin digər cinayət əməllərinin də üstü açılıb.Onun mayın 22-də şəhər ərazisində daha 2 avtomobildən pul, maqnitofon, videoqeydiyyat qurğusu və 15 litr yanacaq oğurlaması da müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.