Oğurluq etdiyinə görə tutulmuş X.Hüseynovun başqa şəxslə birgə iki mağazadan oğurluq törətməsi də müəyyən edilmişdir
25.05.2018Oğurluq etdiyinə görə tutulmuş Xəzər Hüseynovun ətrafında Masallı RPŞ–nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bədəlan kənd sakini, əvvəllər məhkum olunmuş Seymur Mirzəyevlə birgə iki mağazadan pul, tütün məmulatı və danışıq kartları oğurlaması da müəyyən edilmişdir.
Görülmüş tədbirlərlə S.Mirzəyev saxlanılmışdır.