Qusar rayonunun Urva-Oba kəndi ərazisində Əvəcuq kənd sakini D.Nəbiyev idarə etdiyi traktoru Samur-Abşeron kanalına aşırmış və nəticədə suda boğulmuşdur
25.05.2018Mayın 25-də saat 18 radələrində Qusar rayonunun Urva-Oba kəndi ərazisində Əvəcuq kənd sakini Dəyanət Nəbiyev idarə etdiyi “T-25” markalı traktoru Samur-Abşeron kanalına aşırmış və nəticədə suda boğulmuşdur.
Traktorun və meyitin tapılması istiqamətində tədbirlər görülür.