Göyçay rayonunun Bığır kənd sakinləri Rəşan Rəsulov və qardaşı Elvinə xəsarət yetirməkdə şübhəli bilinən Mahir Qəhrəmanov saxlanılmışdır
18.05.2018Mayın 18-də Göyçay rayonunun Qarabaqqal kəndi ərazisindən Bığır kənd sakinləri Rəşan Rəsulov və qardaşı, əvvəllər məhkum olunmuş Elvin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişlər.
Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən həmkəndliləri, əvvəllər məhkum olunmuş Mahir Qəhrəmanov saxlanılmışdır.
Göyçay RPŞ tərəfindən araşdırma aparılır.