Yevlax rayonunun Aran qəsəbəsində yol-qəza hadisəsi
08.08.2005Saat 16.00 radələrində, Yevlax rayonunun Aran qəsəbəsində, Havarlı kənd sakini Natiq Zaman oğlu Qəhrəmanovun idarə etdiyi "KAVZ-3270" markalı 45 AC 296 №-li və Şəki rayon sakini Şövkət Dilənçi oğlu Qabulovun idarə etdiyi "VAZ-2109" markalı Az 20 BU 586 №-li avtomaşınlar toqquşmuşlar. Nəticədə, Ş.Qabulovun sərnişini, həmyerlisi İzzət Uğur qızı Qabulova hadisə yerində ölmüş, xəsarət almış Ş.Qabulov, sərnişinləri İlqar Şöhrət oğlu Qabulov və Gülmirə Kamal qızı Bəyoğluyeva isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir. RPŞ tərəfindən araşdırmalar aparılır.