Oğurluqda şübhəli bilinən Zaqatala rayonunun Aşağı Tala kənd sakini Elxan Canimov saxlanılmışdır
16.05.2018Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 16-na keçən gecə Aşağı Tala kəndindəki evlərin birindən 300 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Elxan Canimov saxlanılmışdır.