Avtomobil qaçırmaqda şübhəli bilinən, Bakı şəhər sakini olan bir yeniyetmə avtomobillə birlikdə saxlanılmışdır
15.05.2018Mayın 15-nə keçən gecə Binəqədi rayonu ərazisindən Sumqayıt şəhər sakini Təvəkkül Cəfərova məxsus “VAZ-21011” markalı avtomobil qaçırılmışdır.
DİN-in və Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər xidmətləri, Bakı ŞBPİ DYPİ və Binəqədi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən, Bakı şəhər sakini olan bir yeniyetmə avtomobillə birlikdə saxlanılmışdır.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.