Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonu ərazisində yol-nəqliyyat ahdisəsi

13.05.2018

Mayın 12-də saat 12 radələrində Qaradağ rayonu ərazisində - Kənar Dairəvi yolun 9-cu km-də Ağdam rayon sakini Vüsal Bədəlov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə qarşıda gedən Bakı şəhər sakini Qalib Əliyevin idarə etdiyi “Mitsubishi” markalı avtomobili vurduqdan sonra idarəetməni itirib yolun kənarında dayanmış Zaur Məmmədovun idarə etdiyi “BMW” markalı avtomobili və Abşeron rayon sakini  İlqar Əmirovu vurmuş, zərbədən “BMW” markalı avtomobil dayanmış vəziyyətdə olan “Mitsubishi L-200” markalı avtomobilə çırpılmışdır. Nəticədə İ.Əmirov hadisə yerində ölmüş, V.Bədəlova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

13.05.2018 tarixinə olan kriminal məlumatlar