Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində yol-nəqliyyat hadisəsi
12.05.2018Mayın 12-də saat 13 radələrində Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində rayon sakinləri Asim Hüseynovun idarə etdiyi “Shacman” və Bayram Novruzovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Nəticədə B.Novruzov hadisə yerində ölmüş, 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Göyçay RPŞ tərəfindən araşdırma aparılır.