Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Zahir Nəbiyev, Rasim Larionov və Ərəstun Məmmədov saxlanılmışlar
09.05.2018Mayın 8-də Nizami rayonunun Q.Qarayev prospektində 3 nəfər naməlum şəxs Bakı şəhər sakini R.Əliyevin mobil telefonunu soyğunçuluq yolu ilə ondan almışlar.
25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Zahir Nəbiyev, Rasim Larionov və Ərəstun Məmmədov saxlanılmışlar.
Nizami RPİ tərəfindən araşdırma aparılır.