Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat tədbirləri nəticəsində ümumilikdə 5 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb

08.05.2018

Mayın 8-də polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.

Belə ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Şirinovdan 77 qramdan çox heroin aşkar edilib.  Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən əlavə olaraq çəkisi 4 kiloqram 670 qram olan heroin aşkar edilərək götürülüb.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Quliyevdən 460 qram marixuana götürülüb.

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hənifə kənd sakini Ülviyyə Məmmədovaya məxsus həyətanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 235 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.