Gün ərzində 121 cinayət faktı qeydə alınıb
26.04.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 121 cinayət faktı qeydə alınmış, onların da 13-ü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 6 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılmışdır.