Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Soyğunçuluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Hüseynov saxlanılmış, daha 2 nəfərin şəxsiyyəti müəyyən edilmişdir

23.04.2018

Aprelin 22-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində 3 nəfər naməlum şəxs qəsəbə sakini Orxan İmanovun pulqabısını, qol saatını və 2 ədəd mobil telefonunu ondan almışlar.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elşən Hüseynov 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, daha 2 nəfərin şəxsiyyəti müəyyən edilmişdir.

Faktla əlaqədar cinayət işi başlanmışdır.

23.04.2018 tarixinə olan kriminal məlumatlar