Oğurluq etdiyinə görə tutulmuş Etibar Kərimovun törətdiyi digər cinayət əməlləri də müəyyən edilmişdir
22.04.2018Oğurluq etdiyinə görə tutulmuş Etibar Kərimovun ətrafında Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 13-dən aprelin 5-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən mobil telefon və maqnitofon oğurlaması, habelə evlərdən birinin su sayğacını zədələməsi də müəyyən edilmişdir.