DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir

19.04.2018

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Bu istiqamətdə Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında aprelin 19-da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan İsrayıl Səmədzadənin həyətindən torpağa basdırdığı “Patent” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Sabirabad  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Çöl-Beşdəli kənd sakini Cavanşir Hüseynovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Hüseyn Hüseynov müvafiq sənədləri olmayan “TOЗ-16” markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.
Faktlarla bağlı araşdırmalar aparılır.