Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu qəsəbəsi C.Şərifov küçəsi ev 50 ünvanına basqın etmiş cinayətkar qrupun üzvlərindən biri tutulmuş, qalanlarının tutulması üçün tədbirlər görülür

09.11.2007

Noyabrın 10-da saat 01.40 radələrində maska geyinmiş bir qrup şəxs (5-6 nəfər) qarət məqsədilə Sabunçu qəsəbəsi C.Şərifov küçəsi ev 50-də yaşayan Əli Abbas oğlunun evinə girib, odlu silahdan atəş açaraq onu qətlə yetirmiş, gəlini Rübabə Quliyevanı və qohumları Rövşən Quliyevi isə yaralamışlar. Hadisə yerinə gəlmiş qonşular cinayətkarlardan birinə - Rəcəb Vəliyevə kəsici-deşici alətlə xəsarət yetirərək tutmuşlar. R.Vəliyev xəstəxanaya yerləşdirilmişdir. Hadisə yerindən 1 ədəd tapança götürülmüşdür. Cinayətkar qrupun digər üzvlərinin tutulması üçün tədbirlər davam etdirilir.