Narkotik tərkibli bitkilər və silah götürülüb
13.04.2018Sabirabad Rayon Polis Şöbəsinə Yenikənd kəndi ərazisindəki həyətyanı sahələrdən birində narkotik tərkibli bitkilərin yetişdirilməsi barədə əməliyyat məlumatı daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə kənd sakini Elnur Qənizadəyə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 40 ədəd çətənə kolu, 19 ədəd çətənə şitili, həmçinin müvafiq sənədləri olmayan ov tüfəngi və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.
Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.Faktla bağlı cinayəti işi başlanılıb. Araşdırma aparılır.