DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 100 cinayət faktı qeydə alınmışdır

12.04.2018

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 100 cinayət faktı qeydə alınmış, onların da 15-i “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılmışdır.