Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ümüdvar Rzayev saxlanılmışdır
05.04.2018Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən fevralın 24-də şəhər ərazisindəki bağ evlərinin birinin zirzəmisindən 5 ədəd spirtli içki oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ümüdvar Rzayev saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari il fevral-mart ayları ərzində daha 8 bağ evindən məişət əşyaları, inşaat materialları və təmir-tikinti alətləri, bir avtomobil təmiri sexindən akkumulyator və təmir-tikinti alətləri, habelə şəhər ərazisindəki orta məktəblərin birindən işıq generatoru oğurlaması da müəyyən edilmişdir.