Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin qətlə yetirildiyi müəyyən edilib
03.04.2018Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş vermiş və bu zaman sonuncu ərinin qardaşı Vüsal ilə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib cəsədini həyətdəki sanitar qovşağına atmışdır. Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılmışdır.
V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılmışlar.
Araşdırma aparılır.