Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elməddin Quliyev saxlanılmışdır
03.04.2018Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də metronun “Neftçilər” stansiyasının platformasında paytaxt sakini olan 1 qadının çantasından içərisində 22 manat və sənəd olan pul qabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elməddin Quliyev saxlanılmışdır.