Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Külli miqdarda narkotik və silah götürülüb

02.04.2018

Respublikanın daxili işlər orqanları tərəfindən ümumən cinayətkarlığa qarşı mübarizə tədbirləri  qətiyyətlə davam etdirilir.   

Bu istiqamətdə aprelin 2-də keçirilmiş uğurlu əməliyyat tədbirləri nəticəsində 7 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, silah-sursat götürülüb.  

Belə ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Anar Əkbərovdan çəkisi 5 kiloqram 150 qram narkotik vasitə olan marixuana götürülüb.

Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Həmid Axundovdan 70 qram marixuana və 1 ədəd bıçaq götürülüb. Əməliyyat-axtarış tədbirləri ilə  onun yaşadığı evdən əlavə olaraq 1 kiloqram 745 qram marixuana, nömrəsi silinmiş “AK-74” silahı, 1 ədəd patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.    

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırma aparılır.