Avtomobillərdən akkumulyator oğurlamaqda şübhəli bilinən Sabirabad şəhər sakini Anar Məlikov saxlanılmışdır
02.04.2018Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də Feyzulla Nəsirova məxsus “Mercedes” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Məlikov saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 25-də rayon ərazisində daha 1 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilmişdir.