Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri Xəlil Yusibov və Ramil Xasanov saxlanılmışlar
26.03.2018Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il avqustun 7-dən cari il martın 10-dək olan müddətdə rayon ərazisindəki 2 avtomobildən akkumulyator, maqnitofon və səsgücləndirici, 1 limonad sexindən su mühərriki, 1 mağazadan pul, 8 evdən və həyətyanı sahələrdən pul, su sayğacı, su mühərriki, inşaat materialları, təmir-tikinti alətləri, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Xəlil Yusibov və Ramil Xasanov saxlanılmışlar.