Qaradağ rayonu ərazisindəki evlərin birindən 200000 manat pul və 100000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
23.03.2018Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də rayon ərazisindəki evlərin birindən 200000 manat və 100000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini Yadigar Dadaşov, Sahil qəsəbə sakinləri Dünyamalı Güləliyev və əvvəllər məhkum olunmuş Osman Məmmədov saxlanılmışlar.