Xəzər rayonunun Zuğulba qəsəbəsində yol-nəqliyyat hadisəsi
13.03.2018Martın 13-də saat 1 radələrində Xəzər rayonunun Zuğulba qəsəbəsində Bakı şəhər sakini Nihat Əliyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən qəsəbə sakini - 10 yaşlı Mətin Əhmədovu vurmuşdur. Nəticədə uşaq hadisə yerində ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.