Ağstafa şəhər sakini Rauf Niyazova tüfəngdən açdığı atəşlə xəsarət yetirməkdə şübhəli bilinən Tural Qurbanov saxlanılıb
27.02.2018Fevralın 27-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən rayon sakini Rauf Niyazov bud nahiyəsindən qırma yarası ilə xəstəxanaya gətirilmişdir.
Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Tural Qurbanov saxlanılmış, onun yaşadığı evin zirzəmisinə baxış zamanı “İJ-12” markalı tüfəng aşkar edilərək götürülmüşdür.
RPŞ tərəfindən araşdırma aparılır.