Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi
27.02.2018Fevralın 27-də saat 11 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Nurlan Ağayev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən paytaxt sakini Sədirəddin Məmmədovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.