Gün ərzində 115 cinayət faktı qeydə alınmışdır
13.02.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 115 cinayət faktı qeydə alınmış, onların da 26-sı “isti izlər”lə açılmışdır.
- Axtarışda olduğuna görə 20 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılmışdır.