Gün ərzində 111 cinayət faktı qeydə alınıb
09.02.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.
- Axtarışda olduğuna görə 20 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.