Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhər sakinləri iki qardaş - Seymur və Kəmaləddin Talıbovlar tutulub

07.02.2018

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçidikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların şəhər sakinləri, əvvəllər məhkum olunmuş iki qardaş - Seymur və Kəmaləddin Talıbovlar olmaları müəyyən edilib. Baxış zamanı Seymurdan 120 qram, qardaşından isə 114 qram tiryək aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb. 

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən S.Talıbovun ətrafında aparılan əməliyyat tədbirləri ilə sonuncunun törətdiyi digər cinayət əməllərinin də üstü açılıb. Onun paytaxtın Badamdar qəsəbəsində yaşayan əcnəbi vətəndaşın mənzilindən 2 ədəd noutbuk, proyektor, 2 ədəd “TV-resiver”, 1 ədəd vebkamera, 2 ədəd domofon, 2 videokamera və 1 ədəd çanta oğurladığı müəyyən edilib.
Polis əməkdaşları tərəfindən maddi sübutlar onun Gəncə şəhərində yaşadığı mənzilindən aşkar edilərək götürülüb. 

07.02.2018 tarixinə olan kriminal məlumatlar