Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi
05.02.2018Fevralın 5-də saat 12 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər sakini Əhliman Dadaşov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Mehdiqulu Poladovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.