Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakinləri Afiyəddin Quliyev, Nurlan Axundov və İmdat İsayev saxlanılıblar

04.02.2018

Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini Mirəzim Məmmədova məxsus evdən qapını sındırmaq yolu ilə 1 ədəd televizor və təmir-tikinti alətlərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən kənd sakinləri Afiyəddin Quliyev, Nurlan Axundov və əvvəllər məhkum olunmuş İmdat İsayev saxlanılıblar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların yanvarın 19-da birlikdə daha bir sakinin evindən qızıl və məişət əşyaları oğurlamaları, həmçinin İ.İsayevin A.Quliyevlə birgə ötən ilin avqust və sentyabr aylarında kənd sakinləri Emin Həsənova məxsus həyətyanı sahədən 3 baş inək və daha bir evdən 1200 manat, danışıq kartları və tütün məmulatı oğurlamaları da müəyyən edilib.