Gün ərzində 113 cinayət faktı qeydə alınıb
01.02.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 113 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.
- Axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.