Quldurluqda şübhəli bilinən Xırdalan şəhər sakini Tərlan Şahkərimov, Quba rayon sakinləri Murad Əşrəfov və Elvin Babayev saxlanılmışlar
01.02.2018Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da paytaxt sakini Elxan Veysovun pulunu və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Şahkərimov, Quba rayon sakinləri Murad Əşrəfov və Elvin Babayev saxlanılmışlar.