DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qaçırdığı avtomobili yandırmaqda şübhəli bilinən Göyçay rayon sakini Orxan Mustafayev saxlanılıb

25.01.2018

Yanvarın 25-də Yevlax rayonu ərazisindən avtomobil qaçırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.  Araşdırmalarla saat 1 radələrində Gəncə şəhər sakini Telman Pənahova məxsus “Ford Transit” markalı avtomobilin Havarlı kəndi ərazisindən qaçırılması məlum olub.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. 

Avtomobil saat 2 radələrində Ağdaş rayonunun Şıxlı kəndinin ərazisində yanan vəziyyətdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.

Təxirəsalınmaz tədbirlərlə avtomobili qaçıraraq yandırmaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Mustafayev qısa zamanda polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.   

Faktla əlaqədar cinayət işi başlanılıb.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.