Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Salyan şəhər sakinləri Nurməmməd Cəfərov və Toğrul Abdulayevə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Məhərrəm Babayev saxlanılıb

24.01.2018

Yanvarın 24-də Salyan şəhər sakini olan 2 nəfərin xəsarətlə xəstəxanaya gətirilmələri barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla ağır vəziyyətdə xəstəxanaya yerləşdirilənlərin şəhər sakinləri Nurməmməd Cəfərov və Toğrul Abdulayev olmaları, münaqişə zəminində həmyerliləri Məhərrəm Babayev tərəfindən bıçaqlanmaları müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə  M.Babayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 
Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanılıb.