Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

20.01.2018

Ötən gün daxili işlər orqanlarının narkotiklərə qarşı keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.

Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kəpəz rayon sakini, əvvəllər məhkum olunmuş Arzu Musayevdən 15 kiloqram 890 qram marixuana və 650 qram tiryək götürülüb.

Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.