Dələduzluğa görə cəza çəkən Ramin Məmmədov Bakı şəhəri ərazisindəki qəbiristanlıqların birində odlu silah-sursat gizlətməsini etiraf edib
17.01.2018Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə Bakı İstintaq Təcridxanasında cəza çəkən Ramin Məmmədovun ətrafında DİN-in Baş Cinayət Axtarışı İdarəsinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə o, Bakı şəhəri ərazisindəki qəbiristanlıqların birində odlu silah-sursat gizlətməsini etiraf edib.
Əməliyyat tədbirlərinin davamı olaraq paytaxtın Nizami rayonu ərazisindəki qəbristanlıqda R.Məmmədovun gizlətdiyi nömrəsi silinmiş “TT” markalı tapança, 1 ədəd patron darağı və 2 patron aşkar edilərək götürülüb.