İmişli rayonunun Telişli kəndində yol-nəqliyyat hadisəsi
14.01.2018Yanvarın 14-də saat 9 radələrində İmişli rayonunun Telişli kəndində rayon sakini Pənah Kərimovun idarə etdiyi “VAZ-2105” markalı və Saatlı şəhər sakini Süleyman Nəsirovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş P.Kərimov orada ölmüşdür.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.