Arvadı Axirə Nadirovanı qətlə yetirməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Elgün Ağasənov saxlanılmışdır
09.01.2018Yanvarın 9-da Abşeron rayonunun Xırdalan şəhəri 20 Yanvar küçəsindəki evlərdən birinin həyətində Kürdəmir rayon sakini Elgün Ağasənov münaqişə zəminində arvadı Axirə Nadirovaya bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmişdir. Nəticədə A.Nadirova hadisə yerində ölmüşdür.
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Ağasənov saxlanılmışdır.
Araşdırma aparılır.