DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinərək saxlanılmış Gəncə şəhər sakini Samir Nəcəfovun CM-nin 177-ci maddəsi ilə axtarışda olması müəyyən edilmişdir

08.01.2018

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-nə keçən gecə rayon ərazisindən Bakı şəhər sakini Orxan Əzimliyə məxsus “VAZ-21011” markalı avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Nəcəfov saxlanılmışdır.
Onun Xətai RPİ tərəfindən Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilmişdir.