Oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Nuru Həsənov saxlanılıb
06.01.2018Yanvarın 6-da Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisindəki dayanacaqlardan birində şəhər sakini Yusif Salmanov içərisində 470 manat, sənəd və məişət əşyası olan sellofan torbasının oğurlanması barədə ŞPİ-nin 4-cü Polis Bölməsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs “isti izlərlə” müəyyən edilib və şəhər sakini, əvvəllər məhkum olunmuş Nuru Həsənov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb. Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində araşdırma aparılır.