Gün ərzində 116 cinayət faktı qeydə alınıb
06.01.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 116 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.
- Axtarışda olduğuna görə 7 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 23 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.