Abşeron rayonunun Saray qəsəbəsində “Mercedes” markalı avtomobillə iki piyada vurulmuşdur
03.01.2018Yanvarın 3-də saat 18 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Zamiq Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerliləri Oqtay Əzimovu və Rahil Bəndəliyevi vurmuşdur. Nəticədə piyadalardan O.Əzimov hadisə yerində ölmüş, R.Bəndəliyev xəstəxanaya yerləşdirilmişdir.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.