Kürdəmir rayonu ərazisində “QAZel” markalı avtomobillə Qobustan rayon sakini M.Şikarov vurulmuşdur
02.01.2018Yanvarın 2-də saat 18 radələrində Kürdəmir rayonunun Atakişili kəndində rayon sakini Elxan Ağayev idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən Qobustan rayon sakini Mübariz Şikarovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.