Akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ruslan Məmmədov saxlanılmışdır
26.12.2017Suraxanı RPİ 30-cu PB əməkdaşları tərəfindən cari il noyabrın 8-də Rəvan Dəmirova məxsus avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov saxlanılmışdır.
Ətrafında aparılan tədbirlərlə onun dekabrın 20-də və 22-də daha 3 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilmişdir.